Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jurnalistin yarımçıq qalan ömrü – Video

Mən bir vaxtlar var idim, bu gün itib gəlmişəm,

Əllərimlə saçımı, didib-didib gəlmişəm.

İlahi, öz içimdən, zühur edib gəlmişəm,

Bağışla məni tanrım, şeyx olmaq istəyirəm.

 

24saat.org saytı Axar.az-a istinadən xəbər verir ki, bu sətirlərin müəllifi vaxtsız vəfatı ilə hamını kədərləndirən, şair qəlbi jurnalist İlqar Qulusoydur.

Bu gün hər kəs onu şeirləri, zarafatları, gülərüz, həyat eşqli biri kimi xatırlayır.

İlqar 1980-ci ildə Naxçıvanda dünyaya gəlib. Azərbaycan Pedoqoji Universitetinin Qazax filialını bitirib. Bir müddət Naxçıvan televiziyasında çalışan İlqar sonradan “Lider” telekanalında fəaliyyətini davam etdirib.

Xatırladaq ki, İ.Qulusoy iyulun 9-da vəfat edib. Hadisə jurnalist dostları ilə futbol oynayarkən baş verib. Jurnalist futbol oynayarkən qəfildən yıxılıb. Ehtimala görə, o, ürək tutmasından dünyasını dəyişib.

Hadisə yerinə təcili yardım çağırılıb və onun nəşi ekspertizaya aparılıb.

“Lider” TV-nin mərhum jurnalistə həsr etdiyi süjeti təqdim edirik:

 

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

İŞİD-ə deyin, əziyyət çəkməsin

%d bloqqer bunu bəyənir: