Jurnalistin valideynləri polisə çağrıldı


Jurnalist Sevinc Vaqifqızının valideynləri Binəqədi Rayon 6-cı Polis bölməsinə çağrılıb.Bu barədə o, Facebook profilində məlumat paylaşıb:
“Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar. Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin. Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki,canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim. Dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz”.Anam və atamı Binəqədi rayon 6-cı polis bölməsini çağırıblar. Bu gün anama yaxınlaşan sahə müvəkkili Cəlil Abbasov deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin. Sahə müvəkkilindən soruşdum ki, anamı mitinqə getdiyinə görə çağırırsınız, inkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki,canlı gəlib deyib vərəqə nə ehtiyac var. Mən yenə təkid etdim, dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz” – Sevinc Vaqifqızı bildirib.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Mirşahin Ağayevə ağır itki

%d bloqqer bunu bəyənir: