Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101985

Jurnalistin komada olan atası ilə bağlı yeni aksiya keçiriləcək

Doqquz aydır ki,  komada olan Qarabağ veteranı Əli Əliyevin müalicəsinə yardım məqsədilə növbəti  aksiya keçiriləcək. Bu barədə Moderator.az-a  Əli Əliyevin oğlu, tanınmış jurnalist İmdad Əlizadə məlumat verib.

İlk aksiya bu ilin sentyabr ayında olub. Həmin vaxt Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabı təkrar nəşr edilib və Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satışı həyata keçirilib. Növbəti aksiya da “Park Bulvar”da təşkil olunacaq və “Əlli dörd gün erməni mühasirəsində” kitabının əvvəlki aksiyadan qalmış nüsxələri satışa çıxarılacaq. Ancaq budəfəki aksiya əvvəlkindən fərqlənəcək. Yeni aksiyada fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotoların sərgi və satışı da həyata keçiriləcək. Bu il Çernobıl qəzasının – Ukraynada yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş nüvə partlayışının 30 illiyidir. Orxan Əzim Əli müəllimin müalicəsinə kömək məqsədilə fotolarını satışa çıxarmaq təşəbbüsünü özü irəli sürüb və bunu “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı ilə eyni vaxtda reallaşdırmaq barədə razılığa gəlinib.
Noyabrın 18-19-da “Park Bulvar” ticarət mərkəzində yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabının satışı və fotoqraf Orxan Əzimin Çernobılda çəkdiyi fotolarının sərgi və satışı olacaq. Aksiya noyabrın 18-i saat 15:00-dan start götürəcək. Həm kitabın satışı, həm də fotoların sərgi və satışı “Park Bulvar”ın ikinci mərtəbəsində təşkil ediləcək. Aksiyadan toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf olunacaq.
Əli Əliyev bu il fevralın 14-də avtomobil qəzasına uğrayıb və həmin vaxtdan komadadır. Onu Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev fevralın 22-dək 1 saylı Şəhər Klinik Xəstəxanasının (“Semaşko”), sentyabrın 15-dək isə Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Sentyabrın 15-də “Avrasiya Hospital”a aparılan 70 yaşlı Əli Əliyev burada beynindən əməliyyat olunub. Hazırda “Avrasiya Hospital”ın reanimasiya şöbəsində Əli Əliyevin müalicəsi davam etdirilir. Keçirilən yardım kampaniyalarında məqsəd Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsinə maddi dəstək verməkdir. Hər kəs aksiyada iştiraka dəvət olunur.

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Keçəlləşməni müalicə edən dərman tapılıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: