Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jurnalistin cəzasnı ağırlaşdırmaq istəyirlər

İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə “Yüksəliş naminə” qəzetinin baş redaktor müavini Elçin Həsənov barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxılacaq.

Bu barədə “yukselis.info”ya jurnalistin vəkili Fariz Namazlı bildirib və qeyd edib ki, protesti dövlət ittihamçısı Əsədulla Ramazanov jurnalist barəsində Nizami Rayon Məhkəməsinin hökmündən verib. Vəkilin sözlərinə görə, prokuror jurnalistə qarşı çıxarılan hökmün dəyişdirilərək Cinayət Məcəlləsinin 221.3-cü (soyuq silah tətbiq etməklə xuliqanlıq törətmək) maddəsi ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyasi cərcivəsində ən agir cəza təyin edilməsini istəyir. Vəkil qeyd edib ki, məhkəmə qərarı qüvvəyə minmə ərəfəsində prokrorluq belə addım atıb. Fariz Namazlı bildirib ki, jurnalistə qarşı CM-nin 221-3 maddəsi ilə məhkəməyə göndərilən işin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin aparması özü bir qanunsuzluq olub, ittihamın heç bir hüquqi əsası yoxdur və müdafiə tərəfi tam bəraət almaq niyyətindədir. İnsidentin şahidləri olmayıb. Bütün ittiham zərərçəkənin ifadəsi üstündə qurulub. Xatırladaq ki, iyunun 21-də Nizami Rayon Məhkəməsinin hokum ilə Elçin Həsənov 1 il islah işlərinə məhkum edilmişdi.

azadliq.info

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Sabah bu ərazilərdə qaz olmayacaq

%d bloqqer bunu bəyənir: