Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jurnalist Türkiyədən çıxa bildi

Türkiyədə qısa müddətə saxlanmış niderlandlı jurnalistin ölkəsinə qayıtmasına icazə verilib. O, prezidenti təhqir etdiyi bildirilən tvitlərinin araşdırıldığı müddətdə ölkədən buraxılmırdı.

Niderlandın Xarici işlər naziri Bert Koenders mayın 10-da bildirib ki, Ebru Umar Türkiyədən çıxıb. Koenders ikili vətəndaşlığı olan jurnalistin Niderlanda qayıtmasını “böyük xəbər” adlandırıb.

Umar ötən ay Kuşadası kurort şəhərində qaldığı evdən yataqdan aparıldığını, 16 saat dindirildikdən sonra ölkədən çıxmasının yasaqlandığını deyirdi. Həftədə iki dəfə polisə getməliydi.

Türkiyədə Recep Tayyip Erdogan 2014-cü ildə prezidentliyə gələndən onu təhqir etmək ittihamıyla 2 min nəfərə qarşı cinayət işi açılıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Səudiyyə Ərəbistanı neft istehsalını artıracaq

%d bloqqer bunu bəyənir: