Now Reading:
Jurnalist təşkilatı multikultural dəyərləri təbliğ edəcək
Full Article 40 second read

Jurnalist təşkilatı multikultural dəyərləri təbliğ edəcək



“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında multikultural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb. 

Bu barədə Moderator.az-a JAM sədri Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, layihənin məqsədiAzərbaycan cəmiyyəti üçün xas olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir.

JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay, Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək. “Layihənin effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış ekspertləri cəlb edəcəyik”, – deyə S.Verdizadə bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: