Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
43476

Jurnalist Rasim Əliyevi öldürənlərin şikayəti təmin edilmədi

Jurnalist Rasim Əliyevin ölümündə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş şəxslərin kassasiya şikayətinə baxılıb. Ali Məhkəmədə keçirilən prosesdə şikayət təmin edilməyib.

Jurnalist Rasim Əliyev 8 avqust 2015-ci ildə bir qrup şəxs tərəfindən döyüləndən sonra 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və bir neçə saat sonra dünyasını dəyişib. Hadisənin baş verməsinə səbəb jurnalistin öz Facebook” səhifəsində futbolçu Cavid Hüseynovu tənqid etməsi olub.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü ildə Bakı şəhərində anadan olmuş Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və  aralarında mübahisə yaranıb. Nəticədə, Elşən İsmayılov, R.Əliyevdən qisas almaq məqsədilə, özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» maqazasının qarşısında onunla görüşüb. Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. R.Əliyev təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, bir neçə saat sonra dünyasını dəyişib.
Jurnalistin ölümü ilə bağlı Cavid Hüseynov və daha 5 nəfər həbs edilib. Məhkəmə jurnalistin ölümündə təqsirləndirilən Elşən İsmayılov 13, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Kənan Mədətov və Samir Mustafayevi 9 il müddətinə azadlıqdan məhrum edib.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynov ağır cinayəti gizlətmədə təqsirli bilinərək Səbail rayon Məhkəməsinin hökumü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oktyabrın 12-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası 4 ildən 1 il 2 aya endirib və həmin müddət başa çatdığından futbolçu həbsdən azad edilib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

“Azadlıq”ın əməkdaşı polisdə başına gələnləri danışdı VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: