Advertisements
24 saat

Jurnalist Aytac Əhmədovanın şikayəti baxılmamış saxlanıldı


Hakim vəkildən Vəkillər Kollegiyasına şikayət edib

Sentyabrın 5-də Səbail Rayon Məhkəməsində müstəqil jurnalist Aytac Əhmədovanın “Bandotdel” kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində qanunsuz saxlanmasından verilən şikayətə baxılıb. Hakim Elmar Rəhimov işi nəzarət qaydasında baxılmamış saxlayıb. Bu barədə Meydan TV-yə jurnalistin vəkili Zibeydə Sadıqova məlumat verib. Vəkil bildirib ki, hakim 451-ci maddəyə görə qərarı ya qanuni, ya da qanunsuz hesab etməli idi: “Yəni, hakimin belə qərar verməsi qanunsuzdur”.

Z.Sadıqova onu da deyir ki, hakim onun barəsində əsassız olaraq Vəkillər Kollegiyasına məlumat göndərib. Səbəb isə işə order təqdim etməməsi olub:
“Məhkəmə nəzarəti qaydasında təqdim edilmiş işlərə 10 gün ərzində baxılmalıdır, ancaq 3 aydır məhkəmə nəzarəti qaydasında işi yekunlaşdırmayan hakim vəkilə hər məhkəmədə təzyiq edir və sonda barəsində Kollegiyaya şikayət göndərir”.

Ötən il sentyabrın 16-da müstəqil jurnalist Aytac Əhmədova küçədə saxlanaraq, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCMİ) aparılmışdı. O, Meydan TV ilə əməkdaşlıqda günahlandırılır.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: