Jiru İtaliyaya gedə bilər


“Arsenal”ın hücumçusu Olivye Jiru karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

24saat.org goal.az-a istinadən xəbər verir ki, onun xidmətlərində “Napoli” və “Milan” maraqlıdır. “Sport Mediaset”in məlumatına görə son zamanlar London klubunda ehtiyatda oturan Jirunun transferində “Napoli” daha şanslı tərəfdir. Neapollular onu zədəli Arkadiuş Milikə alternativ olaraq nəzərdən keçirir.

Jirunun “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatacaq. Onun qiyməti 25 milyon avro göstərilir.

Büdcə talançısı Vidadi Zeynalov azadlığa buraxılır – PİAR ELDAR MAHMUDOVDAN GƏLİR

Sonrakı Yazı »

Azərbaycanlı idmançı ABŞ-da fəxri kürsüyə qalxıb

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: