Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jirinovski Türkiyə və Rusiyanı barışdırmaq istəyir

Jirinovski iki ölkə arasında münasibətlərin yaxşılaşmasını istədiyini deyib.

Rusiya Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva və Ankara arasında münasibətlərin düzəlməsi üçün vasitəçi olmaq istədiyini bildirib.

ANS PRESS-in məlumatına görə, Rusiya mətbuatına müsahibə verən Jirinovski bildirib ki, iki ölkəni barışdıra bilsə, qürur hissi keçirəcək. O deyib ki, Türkiyənin Rusiyadakı səfiri Ümit Yardım ilə görüşdüyü zamanı iki ölkə münasibətlərini müzakirə ediblər.

Ümit Yardım isə Türkiyə mətbuatına açıqlamasında Jirinovski ilə vasitəçi kimi görüşmədiyini deyib. “Görüş iyunun 3-də keçirilib. Bu görüşdən çıxış edərək, demək olmaz ki, Rusiyanın siyasi partiyaları arasında vasitəçi axtarırıq. Jirinovski ilə Rusiyanın 3-cü böyük partiyasının rəhbərindən biri kimi görüşmüşük. Rusiya siyasətinə istiqamət verən partiyaların rəhbərlərinə mövqeyimizi bildirdik”.

Ümumilikdə, Jirinovski Azərbaycanla yanaşı Türkiyəyə də birmənalı münasibət sərgiləmir. Jirinovski Rusiya və Türkiyə arasında münasibətlər pozulduqdan sonra verdiyi açıqlamada İstanbula nüvə silahı atmağı təklif etmişdi.

Jirinovski deymişdi ki, bu zərbə dəhşətli daşqına səbəb olacaq. “Suyun səviyyəsi 10-15 metr qalxacaq və şəhər olmayacaq. Orada 9 milyon adam yaşayır”.

O deyib ki, Türkiyənin NATO mütəffiqləri buna qarışmayacaqlar. “Onlar nüvə alovunda ölmək istəməyəcəklər”.

Jirinovski hazırda Türkiyənin Rusiyanın bir nömrəli düşməni olduğunu deyib. Deputat hesab edir ki, indi Türkiyə rəhbərliyi, baş nazir, prezident, o cümlədən baş qərargah qəzəblidirlər: “Onlar nə baş verəcəyini bilmirlər. Onların yerində mən olsaydım Türkiyəyə sarsıdıcı zərbədən qorxardım”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Səfir ABŞ-ın Dağlıq Qarabağla bağlı mövqeyini açıqladı

%d bloqqer bunu bəyənir: