Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Jirinovski: ‘Qərbin dağıtmaq istədiyi növbəti ölkələr Belarus və Qazaxıstandır…”

Rusiya Dövlət Dumasının deputatı, Liberal-Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski Rusiyanın hərbi qüvvəsini nümayiş etdirmək üçün əhalisi az olan hər hansı ölkəyə nüvə bombasını atmağı təklif edib.

“Rosbalt” xəbər verir ki, bu barədə o, “Rossiya-1” telekanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı” proqramının efirində bildirib.

LDPR lideri deyib: “Şimal dənizində 200 min əhalisi olan balaca ada dövlət var. Biz bura nüvə bombası atıb Brüsselə öz gücümüzü göstərməliyik. Rus ordusu Kiyevə yaxınlaşsaydı, Qərb hər şeyə razı olacaqdı. Hücum etmək lazımdır. Biz Brüssel, Varşava, Praqa yaxınlığında döyüşməliyik. Siz hər şeyin yenidən dağılacağı zamanı gözləyirsiniz? Amerikaya daimi müharibə və daimi hökmranlıq lazımdır. Avropa Ukraynanı məhv etdi. Bundan sonra növbə Belarus və Qazaxıstanındadır”.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Türkiyədə növbəti anti-İŞİD əməliyyatı

%d bloqqer bunu bəyənir: