Now Reading:
Jirinovski özünü Trampın uzaq qohumu adlandırdı
Full Article 50 second read

Jirinovski özünü Trampın uzaq qohumu adlandırdı



Rusiya Liberal Demokratlar Partiyasının (RLDP) lideri Vladimir Jirinovski ABŞ-ın Respublikaçılar Partiyasından namizədi Donald Trampın qohumu ola biləcəyi ehtimalını bildirib.

Bu barədə TASS məlumat yayıb.

Jirinovskinin sözlərinə görə, o, Amerika laboratoriyasına analiz verib: “Mənim əslimdə… qohumlarım arasında ABŞ-ın 36-cı prezidenti Lindon Conson, iki vitse-prezidenti var. Bəlkə 10 min il bundan öncə Yer kürəsinə dağılanlar içərisində Trampın nəslində birbaşa qohumlar tapıla bilər”, – liberal-demokratların lideri bildirib.

Jirinovski əlavə edib ki, Tramp ona nə iləsə yaxındır: “Onun sərbəst danışması, ani reaksiyası, öz qiymətini verməsi… Axı bəziləriniz məni dəironik qəbul edirsiniz”.

Tramp mühacirlərə dair eksentrik və birmənalı olmayan ifadələri ilə məşhurdur. Onun təklifləri arasında ABŞ-ın cənub sərhədində gələnləri buraxmamaq üçün sədd tikmək də var.

Siyasətçi müsəlmanlara qarşı çıxış edir: 2013-cü ilin oktyabrında Jirinovski Şimali Qafqazda doğuş sayının azaldılması üçün üçüncü uşağa görə cərimənin tətbiq edilməsini təklif edib. Bu çıxış sərt tənqidlə qarşılandı, daha sonra RLDP lideri onun sözlərinin düz başa düşülmədiyini bəyan etdi.(oxu.az)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: