Jirinovski ilə Ərdoğan Rusiya-Türkiyə İttifaqını müzakirə etdi


Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bu barədə informasiyanı Rusiya Liberal Demokrat Partiyasının Mətbuat Xidməti yayıb.

Görüşdə əsas müzakirə mövzusu Rusiya-Türkiyə münasibətlərinin dərinləşdirilməsi olub.

Qeyd edək ki, Jirinovski dünən Türkiyəyə səfər edib. Səfər Türkiyə tərəfinin dəvəti ilə baş tutub.

“Rusiya Liberal-Demokrat Partiyasının sədri izah edib ki, Rusiya və Türkiyə Qərbin təxribatlarına qarşı mübarizədə birləşməli və İŞİD terrorçularına qarşı birlikdə hərəkət etməlidirlər”, – deyə mətbuat xidməti vurğulayıb.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Netanyahu Türkiyədən kömək istədi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: