Loading...
Loading...

İyunun 10-da Ali Məhkəmədə Əli İnsanovun məhkəməsi keçirəcək – BURAXILIR

Həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanova qarşı yeni ittihamın irəli sürülməsi haqda xəbərlər yayılıb. Bu barədə vəkil Namizəd Səfərov sosial şəbəkələrdə yazıb. Hüquqşünas iddia edib ki, Əli İnsanov hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmədə ittiham olunur.

Lakin Əli İnsanovun vəkili Toğrul Babayev bu məlumatı təkzib edib. Vəkili bildirib ki, Əli İnsanova qarşı yeni ittihamların irəli sürülməsi barədə yayılan məlumat yalandır: “Bir az əvvəl onunla cəza çəkdiyi 13 saylı Cəzaçəkmə Müəssisəsində görüşdük. Heç bir problemi yoxdur”.
24saat.org isə sabiq nazir Əli İnsanovla bağlı daha müfəssəl informasiya əldə edib. Belə ki, saytın İnsanovun vəkillərinə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, bir neçə gündən sonra Ali Məhkəmədə Əli İnsanovla bağlı məhkəmə prosesi başlayacaq. Hətta qeyd edilir ki, bundan Əli İnsanovun özünün və iki vəkilinin məlumatı var. Belə ki, vəkillərə prosesin vaxtı və saatı ilə bağlı konkret informasiya verilib. Məlumata görə, sabiq nazirin məhkəməsi iyunun 10-da olacaq. Ali Məhkəmədə keçiriləcək prosesin nəticəsi olaraq İnsanov vaxtından əvvəl azadlığa buraxıla bilər. Bu daha çox siyasa iradədən asılı olacaq.
Qeyd edək ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabr ayında həbs olunub. Ə. İnsanov əvvəl dövlət çevrilişinə cəhhə ittiham edilib, Lakin sonradan bu ittiham dəyişdirilib. Yeni ittihama əsasən nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində günahgar bilinib. 2007-ci ilin aprel ayında əmlakı müsadirə olunmaqla sabiq nazir 11 il müddətinə azadlıqdan məhrum olunub. Əli İnsanovun cəza müddətinin başa çatmasına bir neçə ay qalıb. Avropa İnsan Hüquqları Məhkəməsi Əli İnsanovun hüquqlarının pozulduğunu tanıyıb.

24saat.org

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Ziya Məmmədovun oğlu barədə ziddiyyətli məlumatlar

Loading...
%d bloqqer bunu bəyənir: