Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İyul ayında Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşü keçiriləcək

“Bu ilin iyul ayında Gürcüstanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti, üçtərəfli görüşü keçiriləcək. Bu görüşdə regional və qlobal təhlükəsizliyə, üçtərəfli əməkdaşlığa dair bir sıra mühüm məsələləri müzakirə edilək. Hazırda növbəti görüşün bəzi detalları üzərində iş gedir”.

Bunu Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli jurnalistlərə müsahibəsində söyləyib.

“Biz Azərbaycan və Türkiyə ilə müdafiə sahəsində çox səmərəli əməkdaşlıq edirik. Bu günlərdə Azərbaycanda üçtərəfli görüşümüz oldu və biz çox mühüm məsələləri müzakirə etdik. Düşünürəm ki, bu cür görüşlər hərbi sahədə əlaqələrimizi daha da möhkəmləndirəcək və inkişaf etdirəcək”, – nazir deyib. (“Report”)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Rusiyalı baş nazir: “Pul yoxdur, möhkəm olun”

%d bloqqer bunu bəyənir: