Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İxtisas seçimi başlayıb – I, II, III, IV qruplar üzrə keçid balları açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə başlayıb. TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını https://eservices.tqdk.gov.az/erizebak/ixtisas1/?frm=egov1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Abituriyentlər ali təhsil müəssisələrinin imtahan verdiyi ixtisas qrupuna aid olan 15-ə qədər ixtisas kodunu qeyd edə bilər. I, II, III, IV ixtisas qruplarından hər hansı biri üzrə və V ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edən abituriyentlər TQDK-nın müəyyən etdiyi tələbləri ödədikləri halda, imtahanında iştirak etdikləri hər iki qrupun ixtisaslarını seçə bilərlər.

Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü sərbəst şəkildə müəyyənləşdirir.
Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər.

I qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

“Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə ümumi balı 250-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə ümumi balı 300-dən və ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 300-dən, “Kompüter elmləri”, “Geologiya” ixtisasları üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin müsabiqəsində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycan Dövlət Aqrar Universitetinin “Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasının həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 200-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):

– Aqromühəndislik;
– Torpaqşünaslıq və aqrokimya;
– Balıqçılıq və balıqçılıq təsərrüfatı işi;
– Meşəçilik;
– Aqronomluq;
– Zootexniklik;
– Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).
II qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisaslarının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Beynəlxalq münasibətlər”, “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

III qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisasının müsabiqəsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanında ingilis dili fənni üzrə nisbi balı 60-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin “Filologiya (alman dili və ədəbiyyatı)” ixtisasını attestatında xarici dil fənni kimi alman dili göstərilən və qəbul imtahanında xarici dil kimi alman dilindən imtahan vermiş, “Filologiya (fransız dili və ədəbiyyatı)”ixtisasını isə attestatında xarici dil fənni kimi fransız dili göstərilən və qəbul imtahanında xarici dil kimi fransız dilindən imtahan vermiş abituriyentlər seçə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur (Azərbaycan Dillər Universitetinin “Tərcümə (dillər üzrə)” ixtisası və Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisasları üzrə xarici dil fənni istisna olmaqla).

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
IV qrup üzrə ixtisas seçimində ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Bakı Dövlət Universitetinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsində ingilis dili fənni üzrə attestat qiyməti “4” və ya”5″ olan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aşağıda göstərilmiş ixtisasların həm dövlət sifarişi üzrə, həm də ödənişli əsaslarla ayrılmış yerlərinin ixtisas seçimində ümumi balı 150-dən az olmayan abituriyentlər iştirak edə bilərlər (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq olunmur):
– Baytarlıq;
– Ekologiya (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə);
– Su bioehtiyatları və akvabitkilər;
– Əczaçılıq (yalnız Azərbaycan Dövlət Aqrar Universiteti üzrə).

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Bağlanmış bankların əmanətçilərinə 110 milyon ödəniləcək – RƏSMİ

%d bloqqer bunu bəyənir: