Advertisements
24 saat

İTV iki direktoru çıxardı: Köhnə direktoru geri qaytardı


İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının növbəti iclası keçirilib.

İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a verilən məlumata görə, iclasda Elgün İbrahimovun İnformasiya departamentinin direktoru vəzifəsindən azad olunması təsdiqlənib.

Musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru Əsəd Məmmədov başqa işə keçməsiylə əlaqədər vəzifəsindən azad olunub. Yayım Şurasının iclasında informasiya departamentinin direktoru vəzifəsinə Rauf Rəcəbovun, musiqi, bədii və əyləncəli verilişlər departamentinin direktoru vəzifəsinə isə Natiq Abdullayevin təyinatı təsdiqlənib.

Xatırladaq ki, Natiq Abdullayev 2005-2013-cü illərdə İTV-də müxtəlif departamentlərə, o cümlədən musiqi, bədii və əyləncəli verilişlər departamentinə rəhbərlik edib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: