Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İtmiş gücü qaytarmağın “12 qanun”u – SİRLİ YOQA

Yoqa fəlsəfəsi və təliminin ən güclü nümayəndələrindən olan Surya Namaskaranın itmiş enerjini geri qaytarmaq üçün təklif etdiyi metodu.

Onun yoqa məşqləri 12-pilləlidir və ən geniş yayılmış, universal komplekslərdən biridir. Bu metod insan bədənində olan enerjinin bərabər paylanmasına kömək edir:
1. Düz dayanın. Əllərinizi sinənin qaşısında birləşdirin. Özünüzü toplayın və nəfəs verin.
2. Nəfəs aldığınız zaman əllərinizi yuxarı qaldırıb arxaya doğru dartılın. Ayaqlarınızı bir yerdə saxlayın və boynunuzu boşaldın. 5 saniyə nəfəsinizi saxlayın.
3. Nəfəs verdiyiniz zaman qabağa əyilin və əllərinizi döşəməyə elə qoyun ki, əl və ayaq barmaqlarınız eyni xətdə dayansın. Dizlərinizi bir qədər bükə bilərsiniz.
4. Nəfəs alın, sağ və ya sol ayağınızı arxaya apararaq dizinizlə döşəməyə toxunun. Qabağa doğru gələrək, başınızı yuxarı qaldırın və yuxarı baxın.
5. Nəfəs almağa davam edərək digər ayağınızı da arxaya aparın. Bədən ağırlığını ələ və pəncəyə yönəldin. Başınızı bədənlə eyni xətdə saxlayın. Baxışları isə döşəməyə – əllərin arasına yönəldin.
6. Nəfəs alma zamanı pəncələri döşəmədən ayırmadan əvvəl dizləri, sonra sinəni və alını döşəməyə yaxınlaşdırın.
7. Nəfəsinizi verəndə pəncələri düzəldin və ombaları döşəməyə sıxın, əllərə dirənərək astaca qalxın. Bədənin yuxarı hissəsini yuxarı əyin, çiyinləri boşaldın. Baxışlarınızı yuxarı yönəldin.
8. Nəfəs verən zaman pəncə və əllərə dirənib çanağı yuxarı qaldırın. Başınızı əllərin arasına salın. Belə vəziyyətdə bədən və döşəmə üçbucaq vəziyyətini almalıdır.
9. Nəfəs alma zamanı sağ və ya sol ayağınızı əllərin arasına qoyun. O biri diziniz isə döşəməyə toxunmalıdır. Baxışlarınızı yuxarı yönəldin.
10. Nəfəs verəndə o biri ayağınızı da gətirərək birləşdirin, əllərinizi döşəmədə saxlayaraq şəkildəki vəziyyəti alın.
11. Nəfəs verəndə yuxarı qalxın. Astaca belinizi dikəldin və əllərinizi arxaya aparın, 5 saniyə nəfəsinizi saxlayın.
12. Nəfəs alma zamanı astaca geri qayıdaraq əvvəlki vəziyyəti alın.
moderator.az

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Xəyanət ən çox hansı yaşda yaşanır? – MARAQLI

%d bloqqer bunu bəyənir: