Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İtməyinizin qarşısını alan ağıllı ayaqqabı – VİDEO

İngiltərə Hava Yolları şirkəti EasyJet turistlərin tez-tez qarşılaşdığı bir problemi kökündən həll etmək qərarına gəlib.

Onlar itərək, düzgün istiqaməti tapmaqda çətinlik çəkən turistlər üçün internet bağlantısı olan, vibrasiya ilə gedəcəkləri istiqaməti tapmağa kömək edən idman ayaqqabısı hazırlamaq üçün hərəkətə keçib.
Sneakairs
Sneakairs adlandırılacaq bu ayaqqabıların daban hissəsində bir ədəd vibrasiya sensoru yerləşdiriləcək. Mobil telefonlarda olan vibrasiya xüsusiyyətinin Arduino və 3D print texnologiyası ilə istehsal edilən daha kiçik hissələrə yerləşdirilməsindən yaradılan vibrasiya, GPS yer müəyyənləşdirmə proqramı Google Maps ilə getmək istədiyiniz yerə sizi tam doğru şəkildə çatdıra biləcək.
Görmək istədiyiniz yeri easyJet-in mobil tətbiq ilə müəyyənləşdirib, smartfonunuzu cibinizə və ya çantanıza bir müddət çıxarmamaq şərtilə qoyursunuz və yola düşürsünüz. Bu qədər sadə!
Pahoo.az

 

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Sürücülərə yazılan elektron protokolla bağlı şikayətlərə baxılmır – VİDEO

%d bloqqer bunu bəyənir: