Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İtaliyada zəlzələdə ölənlərin sayı 267-ə çatdı

İtaliyada dağıdıcı zəlzələ qurbanlarının sayı 267-ə çatıb. 24saat.org  xarici KİV-ə istinadla xəbər verir ki,  bu barədə Mülki Müdafiə Xidmətinin nümayəndəsi İmakloan Postilyoney bildirib.

Onun sözlərinə görə, hazırda xəstəxanalarda 387 yaralı var. Faciə qurbanlarının sayı artmaqdadır. Xilasedicilər dağıntılarda axtarışları davam etdirirlər.

 

Qeyd edək ki, avqustun 24-nə keçən gecə İtaliyanın mərkəzi hissəsində zəlzələ baş verib. 6,1 bal gücündə olan yeraltı təkanların episentri L’Akuila şəhərindən 48 km şimalda olub. Seysmoloqların məlumatlarına görə, zəlzələ bölgəsində 650-yə yaxın yeraltı təkan qeydə alınıb.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Müavinləri Patrik Hikkinin üzünə durdu: “Bilet alveri ancaq onun işidir”

%d bloqqer bunu bəyənir: