Loading...
Loading...

İtaliyada seks videosu yayılan qadın intihar edib

İtaliyada özünün seks videosunu internetdən yığışdırmaq uğrunda aylar ərzində mübarizə aparan qadının intiharı ardınca 4 nəfər sorğu-sual edilir.

Yalnız “Tiziana” adı ilə tanınan 31 yaşlı qadın özünün intim əlaqələrini əks etdirən görüntünü sevgilisi və daha 3 şəxsə göndərib. Onlar isə videonu internetə yerləşdiriblər.

Bir milyondan artıq baxış cəlb edən videodan sonra qadın məzhəkə və təhqirlər hədəfinə çevrildi.

Tiziana Neapol yaxınlığındakı Mugnano şəhərində yaşayan xalasının evində intihar edib.

Görüntülərin Facebook, WhatsApp və digər sosial media platformalarında yayılmasından bir il yarım keçmiş Tiziananın ölümü ilə əlaqədar araşdırma başlayıb.

İstintaqa cəlb olunan 4 şəxsin qarayaxmada ittiham olunduğu bildirilir.

“Unudulmaq hüququ”

Videonun yayılmasından sonra, işini buraxıb Toskana bölgəsinə köçən qadın adını dəyişdirməyə cəhd etdi. Hərçənd ki, o keçmişdən yaxa qurtara bilmirdi.

Gül dəstələriImage copyrightRAİ TV
Dəfn mərasiminin keçirildiyi kilsə önündə gül dəstələri.

İnternetdə yayılan görüntüdə Tiziana soruşur: “Videomu çəkirsən? Bravo”. Onun bu ifadəsi internet meminə çevrilərək, köynək, smartfon qabları kimi əşyaların üzərində peyda olmağa başladı.

Tiziananın işi üzrə məhkəmənin çıxardığı “unudulmaq hüququ” barədə hökmə görə video, Facebook da daxil olmaqla bütün saytlardan yığışdırılmalı idi. Lakin görüntülər internetdə dolaşmaqda idi.

Məhkəmənin hökmünə əsasən Tiziana 20 min avro məbləğində məhkəmə xərclərini ödəməli idi.

Hadisə İtaliyada sarsıntı və şok yaradıb. İntiharla bağlı müzakirələrdə utandırmanın gənc qadına dağıdıcı təsirindən bəhs olunur.

Mərhum qadının ailəsi araşdırmanın keçirilməsini tələb edir. “Onun ölümü əbəs olmasın deyə, ədliyyə sistemini tədbir görməyə çağırırıq”, – qohumların bəyanatında deyilir.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

‘Rəis dedi sənlik iş yoxdur, boynuna götür, kreslom laxlamasın’

One Comment

Loading...
%d bloqqer bunu bəyənir: