Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İtən telefonları “Google”da tapmaq olar

“Google” şirkəti “Android”ləri üçün yeni funskiya əlavə edib. Bu funksiya vasitəsi ilə istifadəçi itmiş telefonunu tapa biləcək.

Bu ilin aprelindən test mərhələsində yoxlanılan funksiyaya görə istifadəçi “Google” sətrində “find my phone” (mənim telefonumu tap) yazmaqla onlayn xəritə üzərində telefonunun harda olduğunu görəcək.

Qeyd edək ki, bu yeni funksiya brauzerdə smartfonunuzun qeydiyyatda olduğu eyni “Google” hesabı açıq olduğu zaman işləyəcək. Əfsuslar olsun ki, oğurlanmış smartfonu bu funksiya vasitəsilə kilidə (bloklamaq) salmaq mümkün deyil.

“Google” şirkətinin mühəndislərinin sözlərinə görə, belə variant tətbiq olunsa 3-cü şəxslər sizin hesabınızı ələ keçirib, telefonunuzu sizə zərər vermək üçün kilidə sala bilərlər. Mühəndislər smartfonun oğurlanması zamanı “Android Device Manager” veb-saytından istifadə etməyi məsləhət görürlər.

Mühüm məqamlardan biri də odur ki, “find my phone” funksiyası olsa bilsin ki, yalnız “Google”-un rəsmi tətbiqinin sonuncu versiyası quraşdırılan smartfonlarda işləyəcək.

(fins.az)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda demoqrafik PROBLEM: hər 100 doğulan qıza 114 oğlan düşür

%d bloqqer bunu bəyənir: