Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İstilər avqustun 15-dək davam edəcək

“Ölkə ərazisində iqlim normasından yüksək temperaturlar ötən gündən müşahidə edilməyə başlayıb. Bu da Azərbaycana tropik isti hava kütlələrinin daxil olmasıdır. Cənubdan Ərəbistan yarımadası və Şimali Afrikadan daxil olan tropik hava kütlələri artıq ölkə ərazisində özünü göstərir və onların Azərbaycanda bir neçə gün hakim olması gözlənilir”.

 

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, 4-5 gün davam edəcək istilərdən sonra Orta Asiyadan quru isti tropik hava kütlələri Azərbaycana daxil olacaq və nəticədə havanın temperaturu  3-5 enəcək.

 

M.Həsənov qeyd edib ki, sonradan yenidən Ərəbistan yarımadası və Şimali Afrikadan tropik hava kütlələri daxil olması nəticəsində istilər iqlimşünas alim vurğulayıb ki, tropik hava kütlələrin, Azərbaycana intensiv daxil olması, şərq və cənub hava kütlələrinin bir-birini əvəzləməsi avqustun 15-dək davam edəcək: “Bu günlərdə orta günlük temperatur 36-38 dərəcə, gecə havanın temperaturu 20-25 dərəcə olacaq. Amma günorta saatlarında (2-3 arasında) 40-41 dərəcə temperatur qeydə alınacaq. İsti havanın 5 gün davam etməsi insanların səhhətinə mənfi təsir göstərəcək. İnsanlarda təzyiqin yuxarı qalması müşahidə olunacaq. Ürək xəstəlikləri olanlar özlərini qoruyaraq açıq havada olmamalıdırlar. Kənd təsərrüfatına mənfi təsir göstərəcək. Yaxşı olardı ki, sahibkarlar dövrdə torpaqda suyun və rütubət ehtiyatının artırılması üçün 2 gündən bir suvarma aparsınlar”.

 

M.Həsəniv bildirib ki, iyulun 20-dən avqustun 15-dək həm havanın, həm də torpağın quraqlığı artacaq. Onun sözlərinə görə, bu müddətdə müşahidə ediləcək temperaturlar yay fəsli üçün xarakterikdir və bu il anomal istilər gözlənilmir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev də APA-ya bildirib ki, yay fəslində Azərbaycanda havanın temperaturunun normaya yaxın, bəzi günlərdə normadan bir qədər yüksək olacağı gözlənilir.

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Bakıda kirayəsi 21000 manat olan avtomobilləri kimlər sürür? – REPORTAJ – FOTOLAR

%d bloqqer bunu bəyənir: