Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İstehlak kreditində kəskin azalma

Azərbaycan banklarının istehlak krediti portfeli azalmaqda davam edir.

İyun ayının 1-nə ev təsərrüfatlarına verilən kreditlər 6 milyard 932,7 min manata düşüb.

May ayında ev təsərrüfatlarına verilən kreditlər 252,7 milyon manat, ilin əvvəlindən ötən 5 ay ərzində isə 1 milyard 450,9 milyon manat azalıb. Ev təsərrüfatlarına verilən kreditlər cəmi kredit qoyuluşlarının 38,1%-ni təşkil edib.

Mərkəzi Bank daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditləri də ev təsərrüfatlarına verilən kreditlərə daxil edir. Bu kreditlər ilin əvvəlindən demək olar ki, yerində sayır. Daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər Mayda 3,2 milyon manat artaraq 1 milyard 573,5 milyon manata çıxıb. Bu kreditlər ilin əvvəlindən bəri cəmi 31,1 milyon manat artıb.

Ev təsərrüfatlarına verilən kreditlərdən daşınmaz əmlakın tikintisinə və alınmasına verilən kreditlər çıxldıqda qalan kreditlər istehlak kreditləri hesab olunur. Belə kreditlər İyunun əvvəlində cəmi 5 milyard 359,2 milyon manat təşkil edib.

İyun ayının 1-nə cəmi kredit qoyuluşları 18 milyard 197,1 milyon manat təşkil edib.

May ayında “sənaye və istehsal” sektoruna verilən kreditlər cüzi – 3,7 milyon manat artaraq 1 milyard 212,5 milyon manata qalxıb.

Mayda “Ticarət və xidmət”, “Energetika, kimya və təbii ehtiyatlar”, “Kənd təsərrüfatı və emal”, “İnşaat və əmlak”, “Nəqliyyat və rabitə” sektorlarına verilən kreditlərdə azalmaqda davam edib.

(marja)

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

Neft yenə ucuzlaşır

%d bloqqer bunu bəyənir: