İstedadlı ukraynalı futbolçu Mançesterdə


İngiltərənin “Mançester Siti” klubu heyətini ukraynalı futbolçu ilə gücləndirib. ANS PRESS-in məlumatına görə, “şəhərlilər” Rusiyanın “Ufa” klubundan Aleksandr Zinçenko ilə müqavilə imzalayıb.

Gənc yarımmüdafiəçi ingilis klubunda 2021-ci ilə kimi çıxış edəcək. Zinçenkonun transferində Xosep Qvardiola şəxsən maraqlı olub. Ötən mövsüm Rusiya çempionatında 24 oyuna çıxan futbolçu 2 qola imza atıb.

“Mançester Siti” klubunun yeni baş məşqçisi Xosep Qvardioladır. O, bu yay Pelleqrinini əvəz edib. Qvardiola əvvəl “Bavariya” və “Barselona”da baş məşqçilik edib.

Paylaş:

YAP-ın yeni qərargahı 1 manatlıq narazılığa səbəb olub

Sonrakı Yazı »

Fransa Almaniyadan intiqam almaq istəyir

%d bloqqer bunu bəyənir: