İstanbuldakı partlayışda yaralanan azərbaycanlı: ‘Özümü yaxşı hiss edirəm’ – FOTO

Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir. 

Bu barədə “Report”un Türkiyə bürosuna M.Mirəliyevin özü məlumat verib.
“Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm.
Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dümanlandı, daha sonra istilik hiss etdim və ayağımın arxa hissəsindən qan axırdı.
Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər”, – deyə o söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Beyazit rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis avtomobilinin keçidi zamanı dayanacaqdakı minalanmış maşın partladılıb. Nəticədə 12 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Xəsarət alanlar arasında 26 yaşlı Azərbaycan vətəndaşı Murad Mirəliyev də olub. O, hazırda Haseki Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur.

Paylaş:

Taleh Bağırovun həyat yoldaşı açıqlama verdi – VİDEO

Sonrakı Yazı »

Rusiya Azərbaycanı Türkiyəyə görə “vurdu” – Sərhəd probleminin səbəbi

%d bloqqer bunu bəyənir: