Loading...
Loading...
26

İstanbulda terror həyəcanı, iki azərbaycanlı saxlanıldı

İstanbulda keçirilən əməliyyat zamanı İŞİD terror təşkilatının “Bunyod” ve “Zubeyr” ləqəbli iki yaraqlısı həbs edilib.

24saat.org oxu.az-a istinadən bildirir ki, İstanbul kəşfiyyat və terrorla mübarizə şöbəsinin əməkdaşları Suriyada kamikadze təlimi alaraq İstanbulda partlayış törətməyə gələn İŞİD üzvləri ilə bağlı gizli məlumat alıb. Məlumat üzrə araşdırmalara başlayan xüsusi xidmət orqanları terrorçuların ünvanlarını müəyyənləşdiriblər.

Habertürk-də yer alan məlumata əsasən, “Bunyod” ləqəbli 26 yaşlı Tacikistan vətəndaşı və “Zubeyr” ləqəbli 23 yaşlı Özbəkistan vətəndaşı “canlı bomba” qurğusu almaq üçün Suriyaya getməyə hazırlaşırdılar.

Əməliyyat zamanı həmçinin Azərbaycan vətəndaşları R.I. və O.M. və Özbəkistan vətəndaşları B.M., N.İ. və T.H. saxlanılaraq ölkələrinə deportasiya ediliblər.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Türk qırıcıları İraqı bombaladı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: