Advertisements
24 saat

İstanbulda daha 6 əcnəbi vətəndaş saxlanılıb – TERROR AKTI İLƏ ƏLAQƏDAR


İstanbulda Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar daha 6 əcnəbi vətəndaş saxlanılıb. «Frans Press» agentliyinin verdiyi xəbərə görə, həbslər iyulun 7-də İstanbulda, polisin keçirdiyi əməliyyat zamanı baş tutub.

Saxlanılanlar İŞİD-lə əlaqədə şübhəli bilinirlər. Onların hansı ölkə vətəndaşı olması barədə məlumat verilmir.

Bundan əvvəl Atatürk hava limanında törədilən terror aktı ilə əlaqədar 30 nəfərin həbs edildiyi bildirilirdi.

İyunun 28-də Atatürk hava limanında 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb. Partlayışı İŞİD terror təşkilatına mənsub şəxslər törədib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: