İstanbulda 44 şirkətdə əməliyyat keçirilib, 120 nəfər tutulub


Türkiyədə dövlət çevrilişinə cəhd edən Fetullahçılara (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində İstanbulda 44 şirkətdə eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyatı İstanbul Təhlükəsizlik İdarəsi Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Şöbəsinin əməkdaşları gerçəkləşdirib.

Axtarış aparılan şirkətlər FETÖ-yə maliyyə yardımı etməkdə şübhəli bilinirlər.

Məlumata görə, Çevik Polis Alayı qüvvələrinin dəstəklədiyi bu əməliyyat İstanbulun Üsküdar və Ümraniyre rayonlarında keçirilib. Həmin şirkətləri idarə edən 120 nəfər tutulub. (Report)

Zərdabda misli görünməmiş rəzalət – DSMF-in şöbə rəisinin insanlığa ləkə olan addımı – ŞİKAYƏT

Sonrakı Yazı »

Rusiya ilk dəfə İran ərazisindən zərbə endirdi

%d bloqqer bunu bəyənir: