Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İstanbul hayqırdı: “Can Azərbaycan, bizimləsən!”

Türkiyədə dövlət çevrilişinə cəhdin uğursuluqla başa çatmasında ən böyük rolu dövlət qurumları və ya hüquq-mühafizə orqanları yox, adi vətəndaşlar oynadılar.

O kəslər ki tankların qarşısına çıxdılar, güllələrə sinələrini sipər edərək Vətəni, Konstitusiyanı, demokratiyanı qorudular.

Yüz minlərlə insan Türkiyənin küçələrinə və meydanlarına hansısa partiyanı, siyasətçini, qurumu qorumaq üçün yox, cumhuriyyəti, demokratik dəyərləri, qanunu, keçmişi və gələcəyi müdafiə etmək üçün çıxmışdılar.

Qiyamçıların qarşısını alan, əllərindəki bayraqları ən güclü silah, “Rədd olsun çevriliş, yaşasın demokratiya!” şüarlarını ən yenilməz sursat hesab edənlərin qarşısında xunta geri çəkildi, uduzdu.

Türkiyənin meydanlarına sel kimi axanların arasında yüzlərlə, minlərlə azərbaycanlı da vardı.

Dünən İstanbulda meydanlarda dalğalanan bayraqlar arasında Azərabycan bayraqları da vardı.

Axşam saatlarında Azərbaycan bayraqlarının yüksəldiyini görən istanbullular riqqətə gəliblər, “Can Azərbaycan, bizimləsən!” deyiblər.

İstanbul, Ankara, İzmir, Denizli və daha neçə şəhərdəki meydanlarda “Türkiyə və Azərbaycan – bir millət, iki dövlət!” söyləyənlərin nə sayı vardı, nə də hesabı./milli.az/

İstanbul hayqırdı: "Can Azərbaycan, bizimləsən!" - FOTOLAR

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

“Türkiyədəki proseslər TSQ-nın nüfuzuna ciddi zərbə vurdu”

%d bloqqer bunu bəyənir: