Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İsraildə 1286, Azərbaycanda 105 dollar – Gerçəklik

2017-ci ildən isə 1488 dollar olacaq…

Hazırda İsraildə adi obyekt gözətçilərinin minimal əmək haqqı saatda 25 şekel, yaxud təxminən 6,7 ABŞ dollarıdır (təxm. 11 AZN). Bu isə ayda  tam stavka ilə işləyənlər üçün 4825 şekel, yəni 1286 dollar (2096 AZN) deməkdir.
Moderator.az-ın İsrail mətbatına istinadla yazdığına görə,  gələn ildən bu ölkədə eyni iş sahiblərinin maaşlarının saatda 30 şekelədək (8 dollar -13 AZN), bir sözlə,  ayda  1488 dollaradək (2424 AZN) artırılması planlaşdırılır. 2017-ci ilin əvvəlində obyekt mühafizəçilərinin maaşı saatda 28,5 şekelədək, yəni ayda 1413 dollaradək (2302 AZN) yüksəldiləcək. İlin sonunda isə  gözətçilər saatda 30 şekelədək (ayda 5580 şekel, yaxud 2424 manat) ala biləcək.
Bu barədə Ümumisrail Həmkarlar İttifaqıyla Mühafizə Firmaları Assosiasiyası arasında müvafiq razılıq  sentyabrın 26-da  əldə edilib.
Xatırladaq ki, Azərbaycanda hazırda dövlət büdcəsindən maliyyələşən obyektlərin gözətçiləri ayda təxm. 140-170 (85-105 dollar) manat, özəl obyekt mühafizəçiləri isə təxminən 250- 400 (150-250 dollar) manat əmək haqqı alır.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Çin Azərbaycana ən çox mal gətirən üç ölkədən biridir

%d bloqqer bunu bəyənir: