Advertisements
24 saat

İsrail paytaxtında terror aktı törədildi – 9 NƏFƏR YARALANIB


İsrailin paytaxtı Təl-Əviv şəhərinin turistlər tərəfindən sevilən rayonunda baş vermiş atışma nəticəsində bir neçə nəfər xəsarət alıb. Virtualaz.org «RİA Novosti»yə istinadən xəbər verir ki, bunu İsrail polisinin mətbuat katibi Miki Rozenfeld deyib.

Onun sözlərinə görə, hadisə yerinə polis qüvvələri cəlb olunub, rayon giriş-çıxışa bağlanıb.

Telekanalların bildirdiklərinə əsasən, atışma Müdafiə Nazirliyi və Baş Qərargahın yerləşdiyi yerlə üzbəüz, «Sarona» ərzaq bazarının yaxınlığında qeydə alınıb.

Ən azı 9 nəfərin yaralandığı bildirilir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: