Now Reading:
İsrail mətbuatı: “Tramp bizi aldadır…”
Full Article 30 second read

İsrail mətbuatı: “Tramp bizi aldadır…”



ABŞ-ın yeni prezidenti Donald Tramp seçkiqabağı kampaniya zamanı İsrailə verdiyi vədləri yerinə yetirməyəcək.

Bu barədə “Haartz” qəzetində nəşr olunan analizdə qeyd olunub.

“Trampın İsrail-Fələstin məsələsində qətiyyətli mövqe ortaya qoyacağı gözlənilmir. O, bir tərəfdən yəhudi yaşayış məntəqələrinin inşasına dəstək verir, ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürəcəyini deyir, digər tərəfdən İsrail-Fələstin münaqişəsinin regional problem olduğunu, məsələnin iki dövlət arasında həll ediləcəyini açıqlayır.

Tramp Yaxın Şərqi investisiya qoyulacaq bir region olaraq görmür. O, ABŞ-ın bölgəyə müdaxiləsini belə azaldacaq. Ancaq İraqın Mosul və Suriyanın Rakka şəhərlərində İŞİD-ə qarşı mübarizəni davam etdirəcək”, – yazıda bildirilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: