Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İspaniyadakı seçkilər ​avronu daha da ucuzlaşdıra bilər

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması qərarından sonra kəskin ucuzlaşan avro iyunun 26-da İspaniyada keçiriləcək parlament seçkilərinin nəticəsindən asılı olaraq ucuzlaşmağa davam edə bilər.

“Report” xəbər verir ki, bazar günü İspaniyada keçiriləcək seçkilərdə sosial-demokratların güclənməsi və ya hakimiyyətə gəlməsi ilə İspaniyanın Aİ-dən ayrılmaq tələbləri önə çıxa bilər. Belə olarsa, avro ikinci şokla qarşılaşa bilər və qlobal valyuta bazarında ucuzlaşması davam edəcək.

“Report”un analitik qrupu avronun məzənnəsinin uzun müddət təzyiqlərlə üzləşəcəyini proqnozlaşdırır. Aİ-nin hər hansı bir üzvünün keçirəcəyi seçkilərdə Aİ-də qalmağa qarşı çıxan partiyaların üstünlük qazanması və ya avro pul vahidindən imtina üçün referendum xəbərləri avronun məzənnəsinin düşməsinə yol açacaq. USD/EUR məzənnəsinin dolların lehinə azalması və yaxın 1 il ərzində paritetə çatması ehtimal edilir. ABŞ-dakı prezident seçkilərində isə D.Tramp seçilməyəcəyi təqdirdə dollar daha da sürətlə möhkəmlənəcək. Seçkidən öncə isə dolların bir qədər ucuzlaşması mümkündür.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Papadan Ermənistanda bir ilk

%d bloqqer bunu bəyənir: