Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İspaniyada öküz matadoru qanına qəltan elədi – VİDEO

24saat.org  xəbər verir ki, İspaniyada keçirilən öküz festivalı dəhşətli görüntülərə səhnə olub.

Belə ki, 2 nəfər matador qəfəsin içinə girərək öküzü əsəbləşdirməyə çalışıb. Bir müddət sonra hərəkətə keçən öküz buynuzları ilə dəmir barmaqlıqları qıraraq qəfəsə daxil olub. İçəridəkilərdən biri qəfəsdən çıxmağı bacarsa da digər matador öküzdən canını qurtara bilməyib. Qızmış öküz buynuzları ilə matadora sərt zərbələr endirib. Ətrafdakıların köməkliyi ilə qəfəsdən çıxarılan matador zərbələr nəticəsində ağır yaralanıb. Həvəskar kamera tərəfindən lentə alınan görüntülərdə dəhşətli anlara şahid olan tamaşaçıların təlaş içində bağırtıları eşidilir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Azərbaycanda yol qırğını: 8 nəfər öldü

%d bloqqer bunu bəyənir: