Now Reading:
İsmayıllıda sel tüğyan etdi
Full Article 30 second read

İsmayıllıda sel tüğyan etdi



Axşam saatlarında İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

24saat.org “Report”a istinadən bildirir ki, yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib.

Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ciddi ziyan dəyib. Göyçay çayının qollarında daşmalar əmələ gəlib. Nəticədə fərdi təsərrüfatlara, meyvə ağaclarına ziyan dəyib.
Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: