Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İsmayıllıda məmur təyinatında – Müəmma

İsmayıllıda kadr təyinatı ilə bağlı müəmma ortalığa çıxıb. 24saat.org-un əldə etdiyi məlumatda bildirilir ki, rayon İcra Hakimiyyətində Kənd Təsərrüfatı Şöbəsinə müdir təyinatı alan Həsən Həsənov qalmaqallı məmurdur.

2009-cu ildə mənimsəmə və saxta sənədlər tərtib etməklə külli miqdarda subsidiyaları mənimsədiyinə görə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin müstəntiqləri tərəfindən dindirilib.

Onun yenidən yenidən bu vəzifəyə təyinat alması rayonda ciddi şəkildə sensasiya doğurub. İddia olunur ki, H.Həsənovun bu vəzifəyə təyinatında külli miqdarda rüşvətin rol oynayıb. İcra başçısı Mirdamət Sadıqov və müavinlərinin birgə işbirliyi nəticəsində H.Həsənov şöbə müdiri təyin olunub.

O da bildirilir ki, H.Həsənov rayonda özünü Prezident Administrasiyasının rəsmisi Zeynal Nağdəliyevin adam kimi təqdim edir. O, PA nümayəndəsinin adından sui-istifadə edərək İsmayıllıda arxayın şəkildə fəaliyyətdədir.

Rayon sakinləri isə sual edirlər ki, 2009-cu ildə korrupsiya faktına görə dindirilmiş bir məmurun yenidən vəzifə başına gətirilməsində məqsəd nədən ibarətdir. Bu sorğuya isə icra başçısı daha yaxşı cavab vermiş olar.

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Günahsız insanların məhkum edildiyi məkandan – REPORTAJ

%d bloqqer bunu bəyənir: