Now Reading:
İsmayıllıda məktəblərə isidilmir – Mirdamət Sadıqov isti kabinetlərindən çıxsa…
Full Article 50 second read

İsmayıllıda məktəblərə isidilmir – Mirdamət Sadıqov isti kabinetlərindən çıxsa…


Son günlər havaların kəskin soyuması, qarın yağmasına baxmayaraq İsmayıllıda məktəblərin istilik problemi qalmaqda davam edir.

24saat.org-a xəbər verən yerli sakinlərin sözlərinə görə, rayon mərkəzindən aralı olan kənd məktəblərinə qaz çəkilmədiyi üçün şagirdlər sinif otaqlarında buz bağlayıb.

Bir neçə kənd məktəbi istisna olmaqla qalan təhsil ocaqlarında meşədən gətirilən odundan istfadə edərək vəziyyətdən çıxırlar. Valideynlər qeyd edirlər ki, uşaqları məktəbə getməyə qoymurlar. Çünki xəstələnirlər və davamiyyət daha da aşağı düşür.

Ancaq rayon mərkəzində yerləşən məktəblərə qaz çəkildiyindən və qazanxanalarla təchiz olunduğundan, eyni zamanda qazın zəif olması, qazanxananın normal isitməməsi səbəbindən siniflər çox soyuqdur. Bu isə davamiyyətə ciddi təsir göstərir. Valideynlər soyuq siniflərdə övladlarının xəstələnməsini istəmir.  “Azəriqaz” İstehsala Birliyi, yerli təhsil şöbəsi və rayon icra hakimiyyəti isə problemə biganə yanaşır.

Sakinlər qeyd edirlər ki, İB direktoru Əkbər Hacıyev, icra başçısı Mirdamət Sadıqov isti kabinetlərindən çıxıb uşaqlarla maraqlansalar  yaxşıdır.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: