Loading...
Loading...

İslandiyada polis olmaq – FOTOLAR

İslandiya dünyada ən az cinayət işlənən ölkələrdən biridir. Narkotiklərdən istifadənin çox az olduğu ölkələrdən biri olaraq tanınan İslandiyada, siniflər arasındakı fərq demək olar ki, nəzərə çarpmır. Bu ölkədə polislər silahsız olaraq çalışırlar.

Bu ölkənin polisi o qədər boşdur ki, vaxtını əyləncəli keçirir.
İslandiya polisi ölkənin tarixi boyu cəmi bir nəfəri öldürüb. Keçirilmiş əməliyyatların birində polislərdən biri cinayətkarı vurmaq məcburiyyətində qalıb.
320 min əhalisi olan ölkənin polis mərkəzinin hətta rəsmi instagram səhifəsi də var.
Bu ölkənin polisləri o qədər bekardılar ki, onlar gün ərzində heykəllərlə şəkil çəkdirir, velosiped sürür, qazları, ördəkləri yemləyirlər. Polislərin çəkdikləri bu şəkillər isə polis mərkəzinin instagram səhifəsində yayımlanır.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

İstanbul aeroportunda partlayışlar

Loading...
%d bloqqer bunu bəyənir: