Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isgender

“İskəndər”lərə qarşı Azərbaycanda daha müasir raket kompleksləri mövcuddur – Hərbi ekspert

Sərkisyan “İskəndər” raket kompleksinin Ermənistan ərazisində yerləşdirilməsinə münasibət bildirib.

Ermənistan prezidenti bildirib ki, “İskəndər” kompleksinin yerləşdirilməsi regionda stabilliyi saxlamaq üçün nəzərdə tutulub.

Bundan əlavə Sərkisyan deyib ki, bölgədə hərbi vəziyyəti balanslaşdırmaq üçün hansısa vasitədən istifadə etmək lazımdır. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən müasir silahlara yiyələnib. Bizim Azərbaycan kimi maliyyə imkanlarımız yoxdur. Amma vəziyyəti balanslaşdırmaq üçün yollar axtarırıq. Ümid edirəm ki, “İskəndər” raket kompleksi bu vəziyyətdə balans üçün yaxşı vasitədir.

Bu məsələlərə hərbi ekspert Abuzər Əbilov Ölkə.Az-a verdiyi açıqlamasında aydınlıq gətirib:

“Əvvəlcə deyim ki, bu Ermənistan prezidentinin birinci və axırıncı sərsəmləməsi deyil. Əgər Ermənistan adekvat dövlətdirsə və regionda stabil təhlükəsizliyə və iqtisadi inkişafa nail olmaq istəyirsə, bu zaman o, öz qonşuları ilə mehriban münasibət qurmalı və başqa dövlətlərə qarşı Rusiyanın dəstəyi ilə ərazi iddialarından əl cəkməlidir. İkincisinə qalanda Ermənistan özünün dediyinə baxmadan, bu gün Qafqaz regionunda müstəqilliyini və dövlət maraqlarını itirmiş yeganə dövlətdir ki, millli sərvətlərindən başqa, milli qürurunu da itirib. Bu dövlətin iqtisadiyyatından tutmuş, hərbi qüvvələrinə kimi, başqa dövlətin, yəni, Rusiyanın inhisarındadır. Bu baxımdan da Sərkisyanın çıxışı, Padşah yanında ucuz “vassal” siması kimi qiymətləndirilir.

“İskəndər” raket komplekslərinə qalanda isə, bunu şişirdib nüvə və digər dünya dağıdan silah növlərinə qaynaqlayaraq, ondan böyük bəla imici yaratmaq da lazım deyil. Əvvəla Ermənistana pay verilmiş bu raketlərdən istifadə məhduddur. Yəni bu silah məhz Ermənistan ərazisindən atılmalıdır ki, bu da məhz Ermənistanın münaqişə tərəfi olduğuna tam sübut olar. Başqa halda isə Ermənistan, münaqişədə özünün yox, Qarabağ ermənilərinin iştirakını və burada qurulmuş qondarma respublikanın münaqişə tərəfi olduğunu iddia edir. Məhz bu raketlərdən istifadə, Ermənistanı cox acınacaqlı hala sala bilər. Çünki atəş zamanı 1-2 yaxud bir neçə belə raket atılarsa, bu Azərbaycanın hansısa bir regionunda şəhərin hansısa bir hissəsində dağıntı və tələfatlara gətirib çıxarar və şəhəri yer üzündən silə bilməz. Lakin bunun cavabı cox acınacaqlı olar. Bu zaman artıq Azərbaycan əlində olan dağıdıcı həcmcə heç də kiçik olmayan raket kompleksləri vasitəsi ilə iki tərəfdən, Tovuz-Qazax və Naxçıvan tərəfdən Ermənistana zərbələr endirəcəkdir. Bu zaman artıq Rusiyanın da və hətta KTMT-nin də bu savaşa qatıla bilməyəcəyi labüddür. Çünki bildiyimiz kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir çox üzvlərinin Ermənistana münasibəti neqativdir və bu zaman Ermənistan savaş başlamış dövlət kimi qınanacaqdır. Bundan əlavə “İskəndər” kimi raketlərə əks olaraq Azərbaycanda artıq müasir komplekslər mövcuddur. Ermənistan istəsə də, istəməsə də silahlanma yarışında geriləməlidir. Çünki əsasən iqtisadi baxımdan Rusiyadan asılı olduğundan, bu zaman o ancaq Rusiya silahı almalı olacaqdır. Rusiya isə zaman-zaman müasir texnologiyada geriləməyə məcbur olmuş silahlarla bu dövləti təmin edəcək. Azərbaycanın isə aparıcı və ən müasir texnologiyalı silah istehsalçısı olan dövlətlərlə yaxşı əlaqələri var”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Azərbaycan banklarından daha bir gözlənilməz addım

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: