Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
bank

İşini itirən bank işçilərinin sayı 10 minə çatacaq

Azərbaycanda işini itirən bank işçilərinin sayı 3 min nəfərə yaxınlaşır. Ancaq söhbət o şəxslərdən gedir ki, məşğulluq idarəsinə müraciət edərək, işsizlik statusu alıb. Ekspertlərin fikrinə görə, bankların bağlanması prosesi davam etdiyinə görə sektorda işinə son verilənlərin sayı yaxın gələcəkdə böyük ölçüdə artacaq.

İqtisadçı Azər Mehtiyev Echo.az xəbər saytına intervyusunda bildirib ki, yaxın zamanda ölkədəki maliyyə təşkilatlarının sayında yenidən azalma baş verəcək, əlavə olaraq, hazırda fəaliyyət göstərən banklarda da işçilərin ixtisarı davam edəcək.

Mehtiyevin sözlərinə görə, maliyyə sektorunun vəziyyətində heç bir yaxşılaşma qeydə alınmır, gələcəkdə işsizlərin sayı daha da artacaq. İxtisarların maşstabını təxmin etmək çətindir.

“Hazırkı gündə 3 mində yaxın bank əməkdaşı iş üçün məşğulluq mərkəzinə üz tutub. Nəzərə alsaq ki, vətəndaşların çoxu yeni iş axtarışını özü həyata keçirir, işdən atılanların sayının hansı həcmdə olmasını təsəvvür etmək belə çətindir. Bir şey dəqiqdir ki, real rəqəmlər rəsmi rəqəmlərdən kəskin surətdə fərqlənir”, – o deyib.

Qeyd edək ki, bank əməkdaşlarının işinin itirilmə prosesinin başlanması bu ilin yanvar ayında valyuta dəyişmə məntəqələrinin fəaliyyətinə qadağa qoyulması ilə nəticələndi. Bəzi mənbələrə görə, təkcə o zaman 6 min insan iş yerini itirib.

İqtisadçı Samir Əliyevin sözlərinə görə, işdən atılan əməkdaşların sayı böyükdür.

“2 devalvasiyadan sonra Azərbaycanda 13 bank bağlanıb, axırıncısı Bank Standard oldu. Bazardakı bankların sayı 45-dən 32-yə düşüb. İşdən atılan əməkdaşların sayı təxminən 6500 nəfərə çatıb. Nəzərə alsaq ki, yaxın zamanlarda ölkədə minimum 3 bank daha bağlanacaq, işini itirənlərin sayı daha da artacaq. İşdən çıxarılan bank işçilərinin sayı təxminən 10 minə çatacaq”, – o deyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Lombard işçisi: “İndi camaatda qızıl da yoxdur”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: