Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
iq

İşığın və qazın qiyməti niyə qaldırıldı? – İnanılmaz səbəb

Qiymət artımından əldə olunacaq 300 milyon manat idman yarışlarına xərclənəcək

Hökumət növbəti mürətce addımını atdı. Işıqın və qazın qiyməti ən yüksək səviyyəsə artdı. İndi də bu mürtəce addımı əsaslandırmağa çalışrılar. Elə deputatlar var ki, qiymət artımının əhalinin xeyirinə işləyəcəyini, sosial ədaləti təmin edəcəyini, inkişafa səbəb olacağını da iddia edir. Yəni, heç bir kompeks keçirmədən, bu dəhşətli bahalaşmanı vətəndaşa minnət kimi sırayırlar.

Bu məqamda iki məsləyə xüsusilə diqqət çəkmək lazımdır.

Birincisi, millət vəkili Vahid Əhmədov deyib ki, kommunal ödənişlərin artırlmasında 300 milyon manat əlavə gəlir əldə olunacağı nəzərdə tutulur. Eyni zamanda bildirdib ki, Kommunal xidmətlərin bahalaşması insanlara əlavə yük olacaq. İstər-istəməz digər məhsulların qiyməti də artacaq və ciddi problemlər yaranacaq.

Göründüyü kimi hökumətin bir qrup təmsilçiləri bunun müsbət addım olduğunu bildirsələr də, iqtisadçı deputat reallığı danışıb. Ən maraqlısı isə budur ki, 2017-ci ildə ölkəmizdə keçiriləcək Formula-1 və İslam Həməryliyi oyunlarına 317 milyon manat vəsait xərclənəcək. Deməli, hökumət işığın və qazın qiymətinin artırılması hesabına əldə olunan 300 milyon manatı, idman yarışlarının keçirilməsinə sərf edəcək. Məqsəd büdcəni doldurmaq, qiymət artımı hesabına hansısa problemi həll etmək deyil, sahibsiz yarışlara ev sahibliyi etməkdir. Kobud şəkildə ifadə etsək, özlərini dünyaya səxavətli hökumət kimi təqdim edirlər. Xalqın narazılığı, ödəniş qabiliyyətində olmaması hökuməti qətiyyən narahat etmir. Xalqın boğazından kəsib, əcnəbiləri məmnun etməyə xərcləyəcəklər.

Toxunmaq istədiyimiz ikinci məsələ isə Maliyyə Naziri Samir Şərifovun dedikləridi. Nazir qeyd edib ki, ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən işıq və qazdan əldə olunan gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

Bunlar sözün həqiqi mənasında vətəndaşı ələ salmaqla məşğuldular. Qazın qiymətini 100 faiz, işığın qiymətini 57 faiz artırdıqdan sonra, aztəminatlı ailələrə şad xəbər verirlər. Belə çıxır ki, aztəminatlı ailələrdən pul alıb, sonra bu pulun bir hissəsini özlərinə qaytaracaqlar. Və bunun adını “diqqət və qayğı” qoyacaqlar. Aztəminatlı ailələrə qayğı göstərmək istəyən hökumət 1 gecənin içində işığın və qazın qiymətini niyə qaldırrdı?

Bir tərəfdən vətəndaşın cibinə girib, o bir tərəfdən vətəndaşa yardım göstərmək absurd deyilmi?

Devalvasiyadan sonra “kredit borcları bağışlanacaq” vədi verib, sonra “banklar xeyriyyə cəmiyyəti deyil” bəyanatı verən hökumət, doğurdanmı artımı sosial müdafiəyə yönəldəcək? Bəlkə hökumətin nəzərində Formula-1 və İslam Həmrəyliyi Oyunlarına xərclənən vəsait vətəndaşın sosial müdafiəsinə xidmət edir?

Yeri gəlmişkən, ölkə başçısı bir müddət əvvəl bildirmişdi ki, sosial yardımlar vətəndaşı ələbaxımlı edir. Ona görə də hökumətin əlavə yardımına ehtiyac yoxdur, yetər ki, vətəndaşın boğazına şərik çıxmayın. 120 milyard neft pulunu vətəndaşa qıymayan hökumət, 300 milyon işıq-qaz pulunu vətəndaşa verməz. Bu nağılları başqalarına danışın.

azadliq.info

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

İrandan Ərdoğana sərt reaksiya: Türkiyə terrorçu qrupları maliyyələşdirir

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: