İŞİD türkiyəli hərbçilərə hücum etdi – 3 YARALI

Suriyanın şimalında Çobanbəy rayonunda İŞİD-in hücumu nəticəsində 3 türk əsgəri yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.

Yaralı əsgərlər Suriya ilə sərhəddə yerləşən Kilisə gətiriliblər.

Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən “Fərat qalxanı” adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Azərbaycan “Rio-2016”da arbitrlərin ələ alınmasında ittiham olundu – OLİMPİYA QALMAQALI

%d bloqqer bunu bəyənir: