Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD məğlub olarsa biz çətin vəziyyətə düşərik

Bu sözlər Hertsilya konfransında danışan İsrail Hərbi kəşfiyyat idarəsinin rəisi, general-leytenant Hertsl Halevinin dilindən səsləndirilib.

Musavat.com-un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə general Halevi konfransda İraq və Suriyada davam edən hərbi əməliyyatlar barədə danışıb.

İŞİD-in xalafət elan etdiyindən bu yana son üç ayda ən çətin günlərini yaşadığını söyləyən israilli general “İsrail Suriyadakı vəziyyətin İŞİD-in məğlubiyyəti ilə nəticələnməsini istəmir” deyə bildirib.

“Super güclərin regiondan çəkilərək İsraili Hizbullah və İran qarşısında yalnız buraxması İsraili çətin vəziyyətə salar. Bu səbəbdən biz belə bir mövqedə olmamaq üçün əlimizdən gələni etməliyik” deyə general Halevi davam edib.

Qeyd olunur ki, İsrailin sabiq müdafiə naziri Moşe Yalon da yanvar ayında verdiyi açıqlamada İran qarşısında İŞİD-ə üstünlük verəcəklərini, çünki İran və onun dəstəklədiyi qrupların İsrail üçün təhdid olduğunu söyləyib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

PKK Türkiyədə daha bir terror aktı törətdi – YARALANAN VAR

%d bloqqer bunu bəyənir: