Loading...
Loading...

İŞİD liderlərindən olan Muhammad al-Adnani Hələbdə öldürülüb

Ramazan ayında qərbə qarşı hücumları planlaşdıran İslam Dövləti qruplaşmasının strategiya rəhbəri Suriyada öldürülüb, İD-yə məxsus media yazır.

Amaq xəbər agentliyi deyir ki, Abu Muhammad al-Adnani Hələb şəhərində qətlə yetirilib.

Pentaqon deyib ki, hava zərbələri Adnani-ni al Bab şəhərində hədəfə alıb.

Qrupun həm də sözçüsü olan Adnani “Hələbə qarşı hərbi kampaniyaları dəf etmək üçün əməliyyatları araşdırarkən şəhid olub”, Amaq xəbər agentliyi ölümün detallarını açıqlamadan yazır.

Şəhər ətrafında döyüşlər bir neçə həftə əvvəl, üsyançılar hökumətin mühasirəsini yardıqdan və Suriya ilə Rusiya hərbi təyyarələri üsyançıların ərazisini bombalayandan sonra başlayıb.

Pentaqon sözçüsü Peter Cook yaydığı bəyanatda Adnani-ni “İŞİD-in xarici əməliyyatlarının prinsipial memarı” kimi təsvir edib.

“O, İŞİD döyüşçülərinin hərəkatını razılaşdırırdı, hərbiçilərə və dinc sakinlərin üzərinə tənha canavar hücumunu həyata keçirməyə həvəsləndirirdi və yeni üzvlərlə aktiv işləyirdi”, cənab Cook deyib.

O əlavə edib: “Biz nəticələri hələ də yoxlayırıq, lakin al-Adnani-nin döyüş sıralarından çıxarılması İŞİD üçün digər bir böyük zərbə olacaq.”

Qrupun qurucu üzvlərindən biri olan Adnani, 1977-ci ildə Suriyanın şimal şəhərində Taha Sobhi Falaha adı ilə dünyaya gəlib və onun başına 5 milyon dollar həcmində pul qoyulub.

2014-cü ilin iyununda o formal olaraq, Abu Bakr al-Baghdadi-nin rəhbərliyi altında dünya müsəlmanlarından sadiqlik tələbi ilə Suriya və İraq sərhədləri boyunca İD-nin yaranmasını elan edib.

Bu ilin əvvəlində o, Ramazan ayında hücumlara çağırış etmişdi və bunun ardınca Orlando gecə klubu, Fransanın Nitse şəhəri və Bağdadakı kütləvi intihar bomba hücumları baş vermişdi.

(bbc azəri)

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Kürdlər Türkiyə ilə razılığa gəldilər

Loading...
%d bloqqer bunu bəyənir: