Advertisements
24 saat

İŞİD-lə əlbir olan azərbaycanlılar saxlanılıb


Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 40 əcnəbi saxlanılıb. Məlumata əsasən, 23 ünvanda keçirilən əməliyyat zamanı İran, İraq, Əfqanıstan və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərində və göstərilən yerlərdə axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.

Şübhəlilərdən bəzilərinin dəfələrlə Suriyadakı qarşıdurma bölgələrinə getdikləri müəyyən olunub.(APA)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: