Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
ishid-300x169

İŞİD Kərkükə hücum edir

İraq şəhəri Kərkükdə silahlılar hökümət binalarına hücum edib. İraq mediası yazır ki, bombalı intiharçılar polis şöbələrinə və bir elektrik stansiyasına hücum edib, lakin təhlükəsizlik qüvvələri onları dəf edib.

Özünü İslam Dövləti adlandıran qrup (İD) hücumlara görə məsuliyyəti üzərinə götürüb və söyləyib ki, onun döyüşçüləri şəhər meriyasına daxil olub və bir oteli zəbt edib.

Hadisə İraq hökümətinin Mosulu geri qaytarmaq üçün əməliyyata başlamasından sonra baş verir.

Məlumatlara görə, İD Mosulda geri çəkilərkən kimyəvi zavoda od vurub.

Kərkükdə “növbəti əmrə qədər” komendant saatı tətbiq edilir, İraq mediası yazır.

Yerli televiziya kanalı şəhərin üzərindən qalxan qara tüstünün kadrlarını yayıb.

Rayon polis rəisi söyləyib ki, vəziyyət nəzarət altında idi. Hələlik bombaçıların həlak olduğu və ya yaralandığı bəlli deyil.

Kərkük Bağdaddan 290 km və Mosuldan 170 km aralıqda yerləşir. Burada həm kürdlər, həm də hökümət idarəçiliyi mövcuddur.

Neftlə zəngin Kərkükə olan hücumlar hələlik neft hasilatı müəssisələrinə təsir etməyib. (BBC azeri)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bir çay süzdü, məşhur oldu – FOTOLAR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: