Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

İŞİD-in Türkiyəni işğal planı: 150 kamikadze, NATO-ya hücum…

İŞİD-in Türkiyədə həyata keçirməyi planlaşdırdığı terror və müəyyən bölgələri işğal etmək planları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Ankara prokurorluğunun iddianaməsində İŞİD-in Qaziantep əmiri Yunus Durmazın Türkiyədə 150 nəfərlik kamikadze qrupu yaratdığı, bu şəxslərin terror təşkilatının hücrə evlərində qaldığı deyilir.

Məlumata görə, Y. Durmaz Türkiyədə 150 nəfər İŞİD-çiyə təlim keçərək, onları terror aktları üçün hazırlayırmış. Bu şəxslər mütəmadi olaraq İŞİD-in Suriyadakı döyüşlərinə qatılır və daha sonra yenidən Türkiyəyə qayıdırmışlar. Onlar terror təşkilatının Türkiyədəki hücrə evlərində yerləşiblər.

İŞİD-in hər ay Y. Durmaza 50-100 min lirə pul göndərdiyi deyilir. Durmaz da yaratdığı kamikadze dəstəsinin üzvlərinə 120-690 dollar arası maaş verirmiş.

Y. Durmazın kompüterindən tapılan məlumatlara görə, İŞİD əmiri Qaziantepi işğal etməyi planlaşdırıb. Durmaz isə İŞİD əmirinə cavabında belə yazıb: “3 ayda 400 qardaşı və hərbi ləvazimatları bura toplamaq çətindir şeyxim. Bura “hücum gününə” qədər fəaliyyət göstərəcək qardaşlarımızın göndərilməsi, ya da həmin günə az qalmış gətirilməsi lazımdır. Gələnlərin burada ailəsi ilə görüşməməsi, telefon istifadə etməməsi, xalqın içində özlərini necə gizlətməyi öyrənməsi, xüsusilə hərbi ləvazimatı təmin edənlərin diqqətli olması və saylarının artırılması, Türkiyədə hərbi xidmət keçmiş qardaşlardan hərbi bölgələr haqda məlumatlar alınması və bunlardan sonra hücuma keçilməsi lazımdır. Türkiyə xalqı dünya malına düşkün vəziyyətə gəldi. Bunları ən sərt şəkildə vurmaq lazımdır”.

Y. Durmazın İŞİD əmirinə göndərdiyi məktublarda Antalya və İstanbulda da böyük terror aktları hazırladığı öz əksini tapıb. Bununla yanaşı, Türkiyəyə yerləşdirilən NATO-nun “Patriot” (raket hücumundan müdafiə sistemləri) bazalarına hücum etmək üçün Y. Durmazın Adana, Kahramanmaraş və İskenderun bölgələrində kəşfiyyat apardığı qeyd olunur.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Ali Radada dava – Savçenko spikerin kreslosunu “ələ keçirdi” – Foto

%d bloqqer bunu bəyənir: