Loading...
Loading...

İŞİD-in tərkibində döyüşən Qarabağ veteranı məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşları – Rufan Ağcabəyov və Marfin Vladimirin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Virtualaz.org saytı xəbər verir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Prosesdə təqsirləndirilən Marfin Vladimrin vəkili Ruhid Əkbərov vəsatət qaldıraraq bildirib ki, Əfsər Əliyev adlı şəxsin əlavə şahid qismində dindirilməsini istəyir. Vəkil müdafiə etdiyi şəxsin həbs olunarkən tərcüməçi və vəkillə təmin olunmadığını, istintaq zamanı kobud qanun pozuntularına yol verildiyini məhkəmənin diqqətinə çatdırıb.

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər Milli Orduda zabir kimi xidmət dib, məhkum olub, məhkumluğunu başa vurub.

İstintaq zamanı ona təziqlər olduğunu, MTN-də ona işğəncələr verildiyini deyib. O bəzi sənədlərin tərcümə olunaraq ona verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, Rufan Ağcabəyov və Martin Vladimir Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində həbs ediliblər. Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə təqsirli bilinirlər.

Müəyyən edilib ki, Rufan Ağcabəyov və Martin Vladimir 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Yeri gəlmişkən qeyd edək ki, əslən Xaçmaz rayonundan olan, İŞİD-ə qoşulan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb.

Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib. Onun dövlətlərarası axtarışda olması barədə məlumatlar İnterpolun saytında yerləşdirilib.

Həmin məlumata görə, U. Ağcabəyov Azərbaycan, rus və puştu dillərini bilib. O, Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən silahlı qruplaşmaların yaradılmasında, onların silahlandırılmasında və həmin qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunub. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Hazırlıq iclası iyunun 7-nə qədər təxirə salınıb.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Sabahdan bu küçələr bağlanacaq – Sürücülərin nəzərinə

Loading...
%d bloqqer bunu bəyənir: