Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
isis3

İŞİD-in “informasiya naziri” Mosul yaxınlığında öldürüldü

İraq aviasiyasının İŞİD terror qruplaşmasının Mosuldakı mövqelərinə endirdiyi hava zərbələrinin gedişində yaraqlıların “informasiya naziri” öldürülüb. Bu barədə noyabrın 23-də ölkənin hərbi idarəsi məlumat yayıb.

AzərTAc xəbər verir ki, məhv edilən terrorçu İŞİD-in videomateriallarının çəkilişinə, ekstremist ədəbiyyatın nəşrinə və qruplaşmanın saytlarının yaradılmasına cavabdehlik daşıyırdı.

Yaraqlıların İraqda əsas dayaq məntəqəsi olan Mosula hücum əməliyyatlarını ABŞ başda olmaqla beynəlxalq koalisiya aviasiyasının aktiv dəstəyi ilə ölkənin bir neçə güc strukturu eyni vaxtda həyata keçirir. Şəhərin şimal və şərq istiqamətində hücuma edən ordu və antiterror dəstələri Mosulun şərqində artıq bir sıra məhəllələrə daxil ola biliblər. Cənubdan isə şəhərə doğru federal polis dəstələri irəliləyir. Əməliyyatlarda, həmçinin şiə könüllüləri də iştirak edirlər.

Xatırladaq ki, Mosulun İŞİD terrorçularından azad edilməsi üzrə əməliyyat oktyabrın 17-də başlayıb.

24saat.org
Loading...

YAP büdəcəyə 720 milyon manat bağışlaya bilər – niyə etmir?

Sonrakı Yazı »

Hicablı namizədin telefonundakı görüntülər hamını təəccübləndirdi – VİDEO

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: